Nazir Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verdibackend

Nazir Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir. Çox təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. Həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev öz “Facebook” səhifəsində paylaşıb.

“Allahdan şagirdimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!”, – nazir qeyd edib.