Böyük Britaniyanın baş naziri Kir Starmer diplomatik xidmətin rəhbəri, xarici işlər nazirinin müavini Olli Robbinsi etimadın itirilməsi səbəbilə vəzifədən azad edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
“Xarici İşlər Nazirliyinin daimi müavini Olli Robbins baş nazir və xarici işlər naziri İvet Kuperin etimadını itirdikdən sonra vəzifəsini tərk edəcək”, — materialda qeyd olunub.
Məlumatda bildirilir ki, Robbins cümə axşamı Starmerlə telefon danışığından sonra vəzifəsindən uzaqlaşdırılıb. Onun işdən çıxarılmasının Xarici İşlər Nazirliyinin fəaliyyətinin gücləndirilmiş yoxlanılması ilə bağlı olduğu bildirilir.//modern.az










