Nazirliyin kollegiyasının yeni tərkibi müəyyənləşdibackend

Nazirliyin kollegiyasının yeni tərkibi müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və İdman Nazirliyinin kollegiyasının yeni tərkibi müəyyənləşib.

NOCOMMENT xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, kollegiyanın tərkibi aşağıdakı kimidir:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Aparatının rəhbəri
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin müdiri
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Aparatının idman şöbəsinin müdiri
Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidenti