Neapol-Bakı Assosiasiyasından tələbələrimizə dəstəkbackend

Neapol-Bakı Assosiasiyasından tələbələrimizə dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər kəsə salamlar! Mənim adım Lalədir. Azərbaycandanam. İtaliyanın Bolonya şəhərində təhsil alıram. Bacolidə olan ERASMUS layihəsi çərçivəsində bir təcrübəmi sizinlə bölüşmək istəyirəm.

NOCOMMENT xəbər verir ki, Lalə ERASMUS+ layihəsi olan bir həftəlik “Gənc valideynlər-Gənc səlahiyyətlər” training kurslarda iştirak etdib.

Kursların keçirilməsində əsas məqsəd tələbələr, müllimlər, trenerler və gənc işçilərin valideynlik və sahibkarlıq üzrə bilik və bacarıqlarının artırılması yolu ilə cəmiyyətin inkişafında aktiv rol oynamaları üçün imkanlarının artırılması olub: “Bu proqramda İtaliya, Azərbaycan və Ukrayna iştirak edib. Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycandan İtaliyaya daxil olmaq üçün viza problemləri də var idi. Ona görə də azərbaycanlı iştirakçılar İtaliya ilə yanaşı Polşada keçirilən kurslara da qatılmışdılar.

Treyning kursları zamanı biz müxtəlif xalqların nümayəndələri ilə görüşüb valideynlik və sahibkarlıq komunikasiya bacarıqlarının inkişaf etdirirdik, müxtəlif oyunlar oynayır və Neapol, Pompey, Parete kimi şəhərlərə səfərlər ediridik.

Neapola gələndə biz kiçik bir problemlə qarşılaşdıq və dərhal sosial şəbəkə üzərindən səfirliyə və yaxud hansısa Assosiasiyaya aid olan şəxsləri axtarmağa başladım. “Neapol-Bakı Assosiasiyası”nın səhifəsini tapdıqda çox sevindim. Neapol və Bakı şəhərləri qardaşlaşmış şəhərlərdir. Bu təşkilat o aspektdən Azərbaycan və İtaliya arasında dostluq və iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görür. Assosiasiyanın prezidenti cənab Cüzeppe Kanilya bizimlə yaxından maraqlandı və problemin həll olunması üçün öz dəstəyini əsrigəmədi. Ona və təşkilata xüsusui təşəkkümüzü bildirir, cənab Kanilya və belə bir təşkilatı tanımağımızdan məmnunluğumuzu ifadə edirik.

Şəkildə Cüzeppe Kanilya və azərbaycanlı tələbələr.