“Neftçi”nin oyununda ara qarışdı – VİDEObackend

“Neftçi”nin oyununda ara qarışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasının 28-ci turunun bu gün keçirilən “Zirə” – “Neftçi” oyununda (1:1) qalmaqal yaşanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə matçın 90+4-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Brahim Konatenin bərabərlik qolundan sonra baş verib.

“Neftçi” tərəfi qolun qaydalardan kənar vurulduğunu iddia edib. Bundan sonra meydanda ara qarışıb. Baş hakim İnqilab Məmmədov əvvəlcə “Zirə”nin məşqçisi Ağabala Ramazanova, sonra “Neftçi”nin baş məşqçisi Yuri Verniduba qırmızı vərəqə göstərib. Sonuncu hakim qərarına emosional reaksiya verib.

Qeyd edək ki, bu qolla əlaqədar hakim VAR-a baxmayıb./Qol.az/