Netanyahu “Sülh Şurası”na qoşulma sənədini imzaladıbackend

Netanyahu “Sülh Şurası”na qoşulma sənədini imzaladı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda “Blair House”da ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə,  Prezident Donald Trampla görüşdən əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu dövlət katibi Rubionun iştirakı ilə İsrailin “Sülh Şurası”na qoşulması barədə sənədi imzalayıb.

Ağ Ev fevralın 19-da Qəzza ilə bağlı “Sülh Şurası”nın iclasını keçirməyi planlaşdırır. Bildirilir ki, görüş Qəzza sektorunun idarə olunması ilə bağlı yeni təşəbbüsün maliyyələşdirilməsi üçün vəsait toplamaq məqsədi daşıyacaq. İlkin hesablamalara görə, layihənin icrasına başlamaq üçün bir neçə milyard dollar tələb olunur.

Məlumata əsasən, Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası” yalnız Qəzzanın bərpası ilə məhdudlaşmayacaq. ABŞ prezidenti qurumu qlobal münaqişələrin tənzimlənməsi üçün BMT-yə alternativ ola biləcək beynəlxalq platformaya çevirməyi hədəfləyir. Qeyd olunur ki, indiyədək şuraya 27 dövlət qoşulub.

Aliyə
NOCOMMENT.az