Ödənişli yolda qəza olub, ölənlər varbackend

Ödənişli yolda qəza olub, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ödənişli yolda “Nissan Xtrail”in aşması nəticəsində xəsarət alan 59 yaşlı Xalis Babayev Xaçmaz rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

APA-nın Şimal bürosu xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onu həyatını xilas etmək mümkün olmayıb.

———————

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli magistralın Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Nissan Xtrail markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 55 yaşlı Təranə Babayeva hadisə yerində ölüb. 59 yaşlı Xalis Babayev isə, müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Qəzanın baş verməsinə ilkin səbəb kimi yüksək sürət göstərilir.

Faktla bağlı araşdırma aparılır.