Ölkə tarixində ilk dəfə vəkillərin sayı 2 mini keçdibackend

Ölkə tarixində ilk dəfə vəkillərin sayı 2 mini keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş 98 namizədin təntənəli surətdə andiçmə mərasimi keçirilib, vəkilliyə namizədlər vəkil andı içiblər.

Kollegiyadan NOCOMMENT-ə verilən məlumata görə, bununla da, son üç ildə Vəkillər Kollegiyası üzvlərinin sayı 2.5 dəfə artaraq, 840-dan 2025-ə çatıb.

İclas zamanı yeni vəkillər çıxış edib, vəkillik sahəsində son dövrdə həyata keçirilən islahatlar və görülən işlərlə bağlı fikirlərini söyləyib, o cümlədən bu peşəni seçdikləri üçün məmnun olduqlarını bildiriblər.

Sonda iclasda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilib.