Paşinyandan sərt açıqlama: "Əllərini qırdım"

Paşinyandan sərt açıqlama: "Əllərini qırdım"

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin keçmiş rəhbərliyini və oliqarxik qruplaşmaları dövlət vəsaitlərini talamaqda ittiham edərək kəskin bəyanatlarla çıxış edib. Baş nazir korrupsiyaya qarşı mübarizənin nəticələrindən danışıb.

NOCOMMENT.az xəbər verir ki, Nikol Paşinyan əvvəllər milyardlarla dramın müəyyən klanların cibinə getdiyini vurğulayıb: "Üç milyard dram – bu, Serj (Sarksyan), Köçəryan, Çarukyan və "Kaluqa qruplaşması"nın klan oliqarxiyasının cibinə gedən pullar idi. Onların indiki fəryadlarının səbəbi də məhz budur. Çünki mən onların dövlət vəsaitlərinə uzanan əllərini qırdım və artıq dövlət resurslarına heç bir çıxışları yoxdur".

Paşinyan əlavə edib ki, korrupsiyanın qarşısının alınması nəticəsində büdcədə toplanan vəsaitlər ölkənin sosial-iqtisadi inkişafına yönəldilir: "Məhz həmin talançıların əllərini qırmağımız sayəsində ortaya çıxan vəsaitlərlə bu gün biz pensiyaları artırırıq, tibbi sığortanı tətbiq edirik, 300 məktəb və 500 uşaq bağçası tikirik. Minlərlə kilometr yol çəkmişik, minlərlə kilometr su kəməri çəkmişik, yüzlərlə və minlərlə bina girişləri və liftlər quraşdırmışıq. Bütün bunlar həmin oğruların əllərini qırdığım üçün mümkün olub".

Sara,
NOCOMMENT.az