Pakistan ABŞ-ın təşkil edəcəyi Demokratiya Sammitinə qatılmayacaqbackend

Pakistan ABŞ-ın təşkil edəcəyi Demokratiya Sammitinə qatılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Xarici İşlər Nazirliyi ABŞ-ın dəvətinə təşəkkür edərək İslamabadın prezident Co Baydenin təşkil edəcəyi Demokratiya Sammitində iştirak etməyəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Pakistan XİN-dən verilən açıqlamada qeyd olunub ki, sammit prosesi hazırda qabaqcıl mərhələdədir və buna görə də İslamabad demokratik prinsipləri və dəyərləri dəstəkləmək məqsədilə ABŞ və sammitə ev sahibliyi edəcək ölkələrlə ikitərəfli əlaqələr quracaq.

Pakistanın ABŞ ilə münasibətlərinə dəyər verdiyinə diqqət çəkən bəyanatda Bayden administrasiyası dövründə İslamabad və Vaşinqton arasında əlaqələrin əhəmiyyətli dərəcədə genişləndiyi qeyd edilib.

Qeyd edək ki, Pakistan keçmiş baş nazir İmran Xanın hökumətdə olduğu 9-10 dekabr 2021-ci il tarixlərində keçiriləcək ilk sammitə dəvət edilməmişdir.

Xatırladaq ki, Pakistanın uzunmüddətli və yaxşı münasibətləri olan Türkiyə və Çin sammitə dəvət edilməyib.

NOCOMMENT.AZ