Pakistanda güclü yağışlar nəticəsində 19 nəfər öldübackend

Pakistanda güclü yağışlar nəticəsində 19 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Xayber Paxtunxva və Pəncab əyalətlərində güclü yağışlar nəticəsində azı 19 nəfər ölüb, 150-dən çox insan yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, Bannu və Lakki Mərvat bölgələrində yağan güclü yağışlar nəticəsində aralarında qadın və uşaqların da olduğu 16 nəfər həyatını itirib, 146 nəfər yaralanıb.

Bu ərazilərdə bir çox evlərin damları uçub, bəzi yerlərdə divarlar uçub.

Güclü yağışlar Pəncabın Sarqoda, Qucranvala, Faisalabad və Huşab bölgələrində də şiddətli yağış təsirli olub.

Hüşabın Çan kəndində evin divarının uçması nəticəsində 3 nəfər ölüb.

Qucranvalada isə yağışlar nəticəsində baş verən qəzalarda 10 nəfər xəsarət alıb.

Yağışların təsirli olduğu bölgələrdə axtarış-xilasetmə işləri ilə yanaşı xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirilib.

NOCOMMENT.AZ