Pakistanda qayıq QƏZASI – 51 nəfər öldübackend

Pakistanda qayıq QƏZASI – 51 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda qayıq qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, Xayber əyalətində tələbələri daşıyan qayığın bənddə batması nəticəsində 51 nəfər həyatını itirib.

Milli mətbuatda yer alan xəbərə görə, Kohat bölgəsindəki Tanda bəndində qayığın batması nəticəsində başlayan axtarış-xilasetmə işləri zamanı 21 nəfərin cansız cəsədi tapılıb.

Səlahiyyətlilər həyatını itirən tələbələrin sayının 51-ə yüksəldiyini və ölənlərin əksəriyyətinin uşaqlar olduğunu açıqlayıb.

Kohat Polisinin sözçüsü Fazal Naim dalğıcların 7 tələbəni xilas etdiyini və axtarışların davam etdiyini bildirib.

Qeyd edək ki, mədrəsə tələbələrinin Tanda bəndində əylənmək üçün getdikləri qayıq yanvarın 29-da həddindən artıq yüklənmə səbəbindən batıb.