Pakistanın Rifah Universitetinin Nümayəndə Heyəti ATU-nun Tədris Cərrahiyə Klinikasında – FOTObackend

Pakistanın Rifah Universitetinin Nümayəndə Heyəti ATU-nun Tədris Cərrahiyə Klinikasında – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Rifah Universitetinin nümayəndə heyətinin üzvləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası ilə tanış olublar.

NOCOMMENT.az-ın məlumatına görə, klinikanın direktoru, dosent Cavid Paşayev qonaqlara tibb müəssisəsinin fəaliyyət istiqamətləri, burada tələbələr və rezidentlərin təcrübə toplaması üçün yaradılan şərait, eyni zamanda müasir müalicə mexanizmlərinin tətbiqi haqqında məlumat verib.

Ziyarət zamanı Pakistanın Rifah Univetsitetinin həm tədris, həm də klinik fəaliyyəti yönündə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. Xarici qonaqlar klinikanın kollektivi ilə də söhbət edərək, onlara işlərində uğurlar arzulayıblar.