Paşinyan rusların ən yaxşı layihəsidir – Şevçenkobackend

Paşinyan rusların ən yaxşı layihəsidir – Şevçenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Kreml əmr etmədiyi təqdirdə heç vaxt KTMT-dən çıxmayacaq. Paşinyan tamamilə Putinə tabedir. Paşinyanın Qərbin agenti olması ilə bağlı illüziyalarınızı saxlayın.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Maksim Şevçenko Tvitterdə canlı yayım zamanı izləyicilərinin suallarını cavablandırarkən deyib.

“Simonyanlar və digərləri antipaşinyan obrazı yaratmağa cəhd edirlər. Fikrimcə, Paşinyan Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaratdığı ən yaxşı layihədir. Sadəcə, belə fikirləşirəm. Paşinyanın sayəsində Ermənistan həlli olmayan problemə çevrildi. Qarabağ klanının idarə etdiyi Ermənistan sərt struktur idi. Hazırda dövlət və hərbi strukturların deyil, Vardanyan, Karapetyan kimi onlarla oliqarxın köməyi ilə idarə olunan müasir Ermənistan xüsusi xidmət orqanlarının oyunları üçün ideal məkandır”, – Şevçenko bildirib.