Paşinyandan son dəqiqə: Qarabağla bağlı gözlənilən açıqlama gəldibackend

Paşinyandan son dəqiqə: Qarabağla bağlı gözlənilən açıqlama gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər Ermənistan dövləti Ermənistan SSR-nin çərçivəsində tanınsa, sülh olacaq.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Əgər biz bütün beynəlxalq münasibətlərimizdə təkcə indi yox, gələcəkdə də qeyd etsək ki, Ermənistanı 29.8 min kvadrat kilometr olaraq, daha dəqiq desək, 1991-ci ildə müstəqillik əldə etdiyimiz Ermənistan SSR ərazisi çərçivəsində tanıyırıq və heç bir ölkəyə ərazi iddialarımızın olmadığını bildirsək, sülh mümkün olacaq”, – o bildirib.

O həmçinin belə addım atılmayacağı təqdirdə Ermənistanın heç vaxt inkişaf etməyəcəyini bildirib.

Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Bakıdan da bənzər addım gözlədiyini deyib.