Paşinyanı tənqid edən arxiyepiskop MTX-yə çağırıldıbackend

Paşinyanı tənqid edən arxiyepiskop MTX-yə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyanın birbaşa göstərişi ilə arxiyepiskop Arşak Xaçatryan bu yaxınlarda hakimiyyəti tənqid etdiyinə görə ölkənin Milli Təhlükəsizlik Xidmətinə dəvət edilib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti yazıb.

Məlumata görə, arxiyepiskopun susdurulmasına da cəhd göstərilib.

Qeyd edək ki, bundan əvvəl Arşak Xaçatryan feysbuk hesabında belə bir paylaşım etmişdi: “Nikol Paşinyan ölkə rəhbərliyini iflasa uğratdı. O, xalqla hüquq-mühafizə orqanları arasındakı toqquşmaların və qan tökülməsinin qarşısını almaq üçün getməlidir. Gələcək dövlət üçün şəxsi təhlükəsizliyimizi qurban verməyin vaxtı gəldi”.