Paşinyanın da iştirak etdiyi erməni nazirin toyu qalmaqala səbəb oldubackend

Paşinyanın da iştirak etdiyi erməni nazirin toyu qalmaqala səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın müdafiə naziri Suren Papikyan möhtəşəm toy keçirə bilməzdi və bu şənlikdən korrupsiya iyi gəlir”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Kristine Qriqoryanın ombudsman vəzifəsinə təsdiq edilməsi məsələsinin müzakirə olunduğu iclasında “Ermənistan” fraksiyasından olan deputat Areqnaz Manukyan deyib.

Manukyan iclas iştirakçılarına Papikyanın dəbdəbəli toy mərasimlərindən çəkinməyə çağırdığı səs yazısını dinlədib. Səs yazısında o bildirir ki, belə hadisələr koronavirusun yayılmasına kömək edir.

Bildirilib ki, öz iddiasının əksinə olaraq, nazir hətta keçmiş “oliqarx rejim” nümayəndələrinin belə öhdəsindən gələ bilmədiyi tədbir keçirib.

Deputat Papikyanın toyunda nə qədər qonağın peyvənd olunduğunu soruşub. Çünki yanvarın 22-də Ermənistanda koronavirusa qarşı peyvənd olunmamış vətəndaşlar üçün əyləncə yerlərini ziyarət etmək məhdudiyyəti qüvvəyə minib: “Bu toydan korrupsiya riskləri iyi gəlir, hansı ki, bu mövzuda həm Qərbdən maliyyə alan fəallar, həm də ombudsman namizədi susur”.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın keçmiş mətbuat katibi Armine Muradyanla evlənəcəyi barədə məlumat vermişdik. Toy yanvarın 22-də Qerard monastırında baş tutub və “Çiçəklənən Ermənistan” partiyasının lideri, iri biznesmen Qaqik Tsarukyana məxsus “Firon” restoran kompleksində davam edib. Tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyan da daxil olmaqla bir neçə yüz nəfər iştirak edib.

Həmin gün Ermənistanda yeni COVID məhdudiyyətləri qüvvəyə minib. Bundan sonra ictimai iaşə obyektlərinə, mehmanxanalara, idman zallarına, kitabxanalara, muzeylərə, teatrlara, konsert və kinoteatrlara maneəsiz girişə yalnız tam peyvənd olunmuş vətəndaşlara icazə verilir. Qalanları 72 saat əvvəl edilən PCR testlərinin nəticələrini təqdim etməlidirlər.