Paşinyanın köməkçisi baş prokuror vəzifəsinə gətirilirbackend

Paşinyanın köməkçisi baş prokuror vəzifəsinə gətirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası baş prokuror vəzifəsinə Anna Vardapetyanın namizədliyini irəli sürüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu iyunun 16-da Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının rəhbəri Ayk Koncoryan bildirib.

Anna Vardapetyan hazırda baş nazir Nikol Paşinyanın köməkçisi postunu tutur.

Ermənistanda baş prokuror, o cümlədən ədliyyə orqanlarının bəzi vəzifəli şəxsləri parlament tərəfindən seçilir.