Paşinyanın Moskva səfəri başladı – VİDEObackend

Paşinyanın Moskva səfəri başladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına ikigünlük rəsmi səfəri başlaylb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Moskvada hava limanında Ermənistanın baş nazirini Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi İqor Boqdaş qarşılayıb.

Səfər çərçivəsində baş nazir Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

İki ölkə liderləri Ermənistan-Rusiya münasibətlərinin gələcək inkişafı məsələlərini müzakirə edəcəklər. Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 20 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasına istinad olunacaq.

Aprelin 20-də Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko ilə də görüşəcək.