Patruşev niyə Tehrana gəldi? – Gözlənilməz səfərin arxasındakı səbəbbackend

Patruşev niyə Tehrana gəldi? – Gözlənilməz səfərin arxasındakı səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandakı rejimin nəzarətində olan kütləvi informasiya vasitələri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Tehrana gəlişini yüksək səslə dünyaya elan edir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun analitik təhlilində deyilir.

İnstitutun analitiklərinin fikrincə, Patruşev İranın ballistik raketlərinin mümkün satışını müzakirə etmək üçün İrana gəlib. İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Patruşevi Tehrana dəvət edib.

Amerikalı ekspertlərə görə, İran Patruşevin gəlişini beynəlxalq auditoriyanın diqqətini Moskva ilə Tehran arasında əməkdaşlığın dərinləşməsinə cəlb etmək, habelə yüksək rütbəli bir Rusiya rəsmisinin Ukraynaya qarşı müharibədə köməkdən ötrü ona müraciət etdiyini dolayısı ilə göstərməkd üçün bu formada təqdim edir.

Tehran çox güman ki, bununla Kremlin müəyyən münasibətlərdə olduğu İsrail və Səudiyyə Ərəbistanına da öz mesajını çatdırmaq istəyir.

Xüsusilə Patruşevin İrana səfəri İran rejiminin etirazların yatırılmasında Rusiyadan kömək istəməsi ilə bağlı xəbərin yayıldığı bir vaxta təsadüf edir. Bunun Patruşevlə iranlı həmkarı arasında müzakirə olunub-olunmayacağı bəlli deyil.