Pekin-2022: Azərbaycan təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıbbackend

Pekin-2022: Azərbaycan təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, 21 yaşlı idmançı qısa proqramda 84,15 xala layiq görülüb.

Hazırda 5-ci yerdə gedən Litvintsev 30 konkisürənin qatıldığı yarışda “24-lüy”ə düşməyi vaxtından əvvəl təmin edib və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.

Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.