Pezeşkiandan ABŞ ilə bağlı sərt açıqlamabackend

Pezeşkiandan ABŞ ilə bağlı sərt açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Məsud Pezeşkian beynəlxalq müstəvidə davam edən gərginliklərlə bağlı növbəti sərt bəyanatını verib. O, ABŞ-ın diplomatik proseslər zamanı nümayiş etdirdiyi mövqeyin tərəflər arasındakı etimad mühitini məhv etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Pezeşkian danışıqlar prosesində baş verən ardıcıl hücumların və təzyiqlərin Tehranın Vaşinqtona olan inamını tamamilə itirməsinə səbəb olduğunu vurğulayıb. İran lideri qeyd edib ki, ABŞ rəsmiləri regionda gərginliyi artıran “təhrikedici ritorikaya və hərəkətlərə dərhal son qoymalıdırlar”.

Prezident həmçinin əlavə edib ki, İran İslam Respublikası hər zaman digər dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında fəal əməkdaşlığa hazırdır. Lakin Vaşinqtonun mövcud siyasəti bu cür dialoq imkanlarını hər keçən gün daha da çətinləşdirir.

Sara,
NOCOMMENT.az