Polis bacısı oğluna siqaret çəkdirən şəxsi CƏZALANDIRDI – FOTObackend

Polis bacısı oğluna siqaret çəkdirən şəxsi CƏZALANDIRDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərurda 4 yaşlı bacısı oğluna siqaret çəkdirən şəxs cəzalandırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sosial şəbəkələrdə azyaşlının siqaret çəkməsini əks etdirən görüntülər araşdırılıb. Polis əməkdaşları həmin görüntüləri Şərur rayonu Xanlıqlar kənd sakini Mahmud Həsənovun çəkdiyini müəyyən edib.

Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 4 yaşlı bacısı oğlu ilə etdiyi hüquqazidd hərəkətlərə görə M.Həsənov polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.