Polis İmran Xanın evinə basqın edibbackend

Polis İmran Xanın evinə basqın edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda keçmiş baş nazir İmran Xanın iki həftə müddətinə müvəqqəti girov müqabilində azadlığa buraxılması qərarından sonra ölkədə sular sakitləşmir. Polis Xanın Lahordakı evinə basqın edib və axtarış aparıb. Təhlükəsizlik qüvvələri ilə Xanın tərəfdarları arasında toqquşma baş verib.

NOCOMMENT xəbər verir ki, Təhlükəsizlik qüvvələri keçmiş baş nazir İmran Xanın Lahorun Zaman Park rayonundakı evinə basqın edib.

Xanın tərəfdarları evin yerləşdiyi əraziyə gələrək polisin axtarışına mane olmağa çalışıblar.

Təhlükəsizlik qüvvələri ilə Xanın tərəfdarları arasında qarşıdurma baş verib.

Xanın evində axtarış aparmaq üçün sənədlərin tələb olunduğu, lakin sənədləri göstərmədikləri üçün polisin heç kimi saxlaya bilmədiyi bildirilib.