Polşanın baş naziri “Pegasus”dan istifadəni təsdiqləyibbackend

Polşanın baş naziri “Pegasus”dan istifadəni təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın baş naziri Donald Tusk ölkədə telefon dinləmələri üçün nəzərdə tutulmuş “Pegasus” casus proqramlarından geniş istifadə edildiyini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə polsatnews.pl məlumat yayıb.

Polşa prezidenti Anjey Duda ilə Nazirlər Kabinetinin iclası çərçivəsində Tusk ona “Pegasus”un qanuni və qeyri-qanuni olaraq alınmasını və istifadəsini təsdiq edən sənəd təqdim edib.

Baş nazir vurğulayıb ki, bu cür praktikaların siyahısı çox böyükdür və sənəd “ən çox qorxulanı” təsdiqləyir.

Tusk əlavə edib ki, proqram təminatının alınması Mərkəzi Antikorrupsiya Bürosunun təşəbbüsü ilə həyata keçirilib.

Baş nazirin sözlərinə görə, prezidentə təqdim olunan sübutlar bu iş üzrə mövcud olan sənədlərin və sübutların yalnız bir hissəsidir.