Prezident Paşinyanın adamını nazir təyin etdibackend

Prezident Paşinyanın adamını nazir təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan prezidentinin sərəncamı ilə Armen Pambuxçyan Ermənistanın fövqəladə hallar naziri təyin edilib”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin sərəncamında qeyd olunub: “Baş nazirin təklifi əsasında Konstitusiyanın 131-ci maddəsinə, habelə “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, Armen Pambuxçyan Ermənistan Respublikasının fövqəladə hallar naziri təyin edilsin”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Armen Pambuxçyan bundan əvvəl fövqəladə hallar nazirinin birinci müavini vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, aprelin 1-də Ermənistan prezidenti Vaaqn Xaçatryan Andranik Piloyanın fövqəladə hallar naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Piloyan 2020-ci ilin noyabr ayından fövqəladə hallar naziri postunda fəaliyyət göstərirdi.