Prokurorluq qazinin intiharı ilə bağlı araşdırmalara BAŞLADIbackend

Prokurorluq qazinin intiharı ilə bağlı araşdırmalara BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1987-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumatda bildirilib.

Qeyd edək ki, 35 yaşlı qazi iyulun 10-da intihara cəhddən sonra ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi. Lakin bütün cəhdlərə baxmayaraq, ağır yanıq xəsarətləri səbəbindən iyulun 12-də vəfat edib.

Xatırladaq ki, Sabirabad rayonu Qalaqayın kənd sakini Elvin Cəfərov 3-cü qrup Vətən müharibəsi əlili idi, o döyüşlərdə kontuziya almışdı. 2 azyaşlı oğlu qalan qazi “Mauqli” ləqəbi ilə tanınıb. Bildirilir ki, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün onu test ediblər.

Aldığı tapşırıq ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək olub. Ağacların başından xeyli kamera yığıb. Beləliklə, adı “Mauqli” qalıb.