Prorektor ilə bağlı yayılan FOTO müzakirə yaratdı – ARAŞDIRMAbackend

Prorektor ilə bağlı yayılan FOTO müzakirə yaratdı – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru Ülkər İsayevanın guya “qeyri-etik fotosunun yayılması” ilə bağlı iddialar gündəmə gəlib.

NOCOMMENT.az xəbər verir ki, məlum olub ki, sosial mediada müzakirə olunan görüntü yeni deyil. Sözügedən foto 2017-ci ildə paylaşılıb və Ülkər İsayeva tərəfindən şəxsi “Instagram” hesabında yerləşdirilib.

Məlumata görə, fotonun son günlər yenidən paylaşılması müxtəlif şərhlərə yol açsa da, görüntü hər hansı gizli çəkiliş və ya icazəsiz yayım deyil. Paylaşım açıq sosial şəbəkə hesabında yerləşdirilmiş materialdır.

Qeyd edək ki, Ülkər İsayeva Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızıdır.