Qadın evinə qonaq getdiyi kişini bıçaqlayıbbackend

Qadın evinə qonaq getdiyi kişini bıçaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə noyabrın 2-də saat 2 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Bukitayeva Yelena İvanovna evinə qonaq getdiyi tanışı, 1973-cü il təvəllüdlü Hacıyev Xəzər Rafi oğlu ilə mübahisə edib. Nəticədə o, X.Hacıyevin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi endirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Y.Bukitayeva isə şübhəli şəxs qismində saxlanılıb.