Qamət Süleymanov lider kimi təqdim olunmasına münasibət bildirdi – VİDEO backend

Qamət Süleymanov lider kimi təqdim olunmasına münasibət bildirdiVİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Azərbaycanda sələfilərin lideri kimi tanınan Qamət Süleymanovun lider kimi təqdim olunmasına münasibətini təqdim edir.

– Bəzi xəbərlərdə sizi Azərbaycan sələfilərinin lideri kimi təqdim edirlər. Buna münasibətiniz necədir?

– “Ümumiyyətlə, dəfələrlə demişəm, yenə də deyirəm ki, mən lider olmamışam və belə bir fikrim də yoxdur. Ölkənin lideri var, o da dövlət başçısıdır. Bu dövlətin başçısı var və biz də onun ətrafındayıq. O ki, qaldı başqa lider və sair, mən belə fikirləri qəbul etmirəm.
Mən Əbu Bəkr Məscidinin imamıyam. Ölkəmizin başçısı ölkənin lideridir və başqa liderə də ehtiyac yoxdur. Mənim bu məsələdə mövqeyim budur. Vəssəlam.”