Hacı Qamətdən İrana ETİRAZ: Onlar kafirdirlər…backend

Hacı Qamətdən İrana ETİRAZ: Onlar kafirdirlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Ermənistanla yaxın əlaqələr qurması dini baxımdan düzgün deyil”.

NOCOMMENT xəbər verir ki, bunu modern-ə açıqlamasında “Əbu Bəkr” məscidinin imamı hacı Qamət Süleymanov deyib.

Onun sözlərinə görə, özünü müsəlman hesab edənlərin kafirlərlə əlaqə saxlaması yolverilməzdir: “Bir müsəlman ölkəsi kafir ölkə ilə, xüsusilə də, müsəlman dövləti ilə savaşmış kafir dövlətlə əlaqə saxlamamalıdır. Bu məsələ bağışlanmazdır. İran rejimi dindən bixəbər olsaydı, bəlkə, onları üzrlü saymaq olardı. Ancaq İran özünü islam dövləti kimi təqdim edir. Hər halda İslam dövləti belə etməməlidir, çünki ermənilər kafirdirlər. Kafirdən dost olmaz”.

Qurani-Kərimdə uca Allah buyurur: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz”.

Bəs İran məscidləri dağıtmış, müsəlmanları qətlə yetirmiş Ermənistanla yaxın əlaqələr qurur. Bütün bunları nəzərə aldıqda ortaya belə sual çıxır: doğrudan da, İran İslam dövlətidirmi?

Qamət Süleymanov cavabında deyib: “Biz bu ayəni gətirdikdə, onlar da başqa ayələri dəlil gətirməyə çalışırlar. Yaxud da deyirlər ki, siz də müəyyən ölkələrlə əlaqə saxlayırsınız. Ancaq onlar düzgün müqayisə aparmırlar. Bizim müəyyən dövlətlərlə əlaqəmiz erməni lobbisinə üstün gəlmək üçün olub. İranın Ermənistanla əlaqəsi üçün isə belə bir əsas yoxdur. Bu, birmənalı olaraq belədir ki, müsəlman dövləti ilə savaşmış kafir dövlətlə digər bir müsəlman dövlət yaxın əlaqə qura bilməz”.