Qarabağ klanı Qarabağı yenə qarışdırmaq istəyirbackend

Qarabağ klanı Qarabağı yenə qarışdırmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumiyyətlə, Ermənistan müxalifəti revanşist bəyanatları dəfələrlə səsləndirilib. Amma reallıq budur ki, Ermənistan müxalifəti, daha doğrusu, Robert Köçəryanın başçılıq etdiyi “Qarabağ klanı”nın Azərbaycan ərazisində hər hansı bir formada silahlı qruplaşma yaratmaq, yaxud onlara dəstək vermək imkanı məhduddur.

NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.

O, Ermənistan müxalifətinin Qarabağda yenidən münaqişəni alovlandırmaq üçün ata biləcəyi addımlara münasibət bildirib.

Xatırladaq ki, erməni jurnalist Tevos Arşakyan bu barədə deyib: “Ermənistandakı revanşist qüvvələr sonuncu silahdan istifadə etmək fikrinə düşüb. Onlar Ermənistan xalqına Qarabağı yenidən işğal edərək İrəvanın nəzarətinə keçirəcəklərinə söz veriblər”.

Öz növbəsində, S.Hümbətov fikirlərinə əlavə edib: “Birincisi, Azərbaycan Qarabağ ərazisinə havadan və yerdən tam nəzarət edir. Bunu həm İrəvan hakimiyyəti, həm də Köçəryanın özü çox yaxşı başa düşür. Digər tərəfdən, bölgədə müvəqqəti dislokasiya olunmuş Rusiya hərbçiləri də bunu çox yaxşı başa düşürlər. Odur ki, düşünmürəm indiki halda Robert Köçəryan bu qədər ağılsız addım atar”.

Mütəxəssisin sözlərinə görə, Paşinyan və onun komandası vəziyyətin hansı istiqamətdə cərəyan etdiyi bilir: “Onlar anlayır ki, Azərbaycanla sülh danışıqlarını ləngitmək və ya Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələcəkdə regionda yeni münaqişənin başlamasına gətirib çıxara bilər. Bu da Ermənistanın təhlükəsizliyi baxımından çox kritik bir durumdur. Digər tərəfdən, Türkiyə və Rusiya faktoru var, tərəflər anlaşıblar ki, bölgədə sülhün qorunması vacib məsələdir. Əgər hər hansı bir formada qarşıdurma yaranarsa, artıq Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan danışıqları da sual altına düşə bilər.

Üstəlik, Rusiya və Türkiyənin regionla bağlı həyata keçirmək istədiyi layihələr var. Xüsusən də “3+3” platforması prioritetdir.

Qarabağda münaqişənin yenidən alovlanmasına Ermənistan hakimiyyəti ilə yanaşı, Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları da imkan vermək niyyətində deyil. Ona görə də, Köçəryanın bu cür addım atmasına imkan verilməyəcək”.