Qarabağda döyüşmüş livanlı muzdlu terrorçu məhkəmədə son söz deyibbackend

Qarabağda döyüşmüş livanlı muzdlu terrorçu məhkəmədə son söz deyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra təqsirləndirilən şəxs son söz deyib. Livanlı muzdlu terrorçu da barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Məhkəmə kollegiyası hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Hökm iyunun 14-də elan ediləcək.