Qardaşı oğluna da cinayət işi açıldı - Gərginlik PİK HƏDDƏ

Qardaşı oğluna da cinayət işi açıldı - Gərginlik PİK HƏDDƏ

Ermənistan İstintaq Komitəsi parlament seçkiləri ərəfəsində "Güclü Ermənistan" blokunun siyahısına rəhbərlik edən Narek Karapetyana (tanınmış rusiyalı milyarder, iş adamı Samvel Karapetyanın qardaşı oğlu) qarşı cinayət işi açıb. Müxalifət namizədi başqa ölkənin vətəndaşlığını gizlətməkdə ittiham olunur.

NOCOMMENT.az erməni mediasına istinadən xəbər verir ki, rəsmi qurumun yaydığı bəyanatda Narek Karapetyanın qəsdən yalan sənəd təqdim etdiyi bildirilir: "Milli Məclisə keçiriləcək növbəti seçkilərdə 'Güclü Ermənistan' blokunun vahid seçki siyahısında birinci nömrə olan deputatlığa namizəd N.K. yalan məlumat verməyə görə nəzərdə tutulan cinayət məsuliyyəti barədə əvvəlcədən xəbərdar edilsə də, xarici ölkə vətəndaşlığına malik olması və ya keçmişdə belə bir vətəndaşlığının mövcudluğu faktını qəsdən gizlədib. O, Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə digər dövlətin vətəndaşı olmadığına dair yalan məlumatları ehtiva edən rəsmi ərizə təqdim edib".

Baş verən hadisə ilə bağlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən cinayət məcləlləsinin "vəzifəli şəxs statusunun əldə edilməsinə və ya qorunub saxlanmasına mane olan məlumatları gizlətmə" maddəsi ilə cinayət işi başlanıb. Hazırda faktla bağlı ilkin istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, ittihamlara reaksiya verən Narek Karapetyan Ermənistan pasportundan başqa hər hansı digər ölkənin vətəndaşlığına sahib olmadığını və keçmişdə də belə bir status daşımadığını idarə edib. Siyasi ekspertlər bu addımı seçki öncəsi müxalifət blokuna qarşı təzyiq kimi qiymətləndirirlər.

Sara,
NOCOMMENT.az