Qatar toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıbbackend

Qatar toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Orissa əyalətində dünən baş verən qatar qəzasında ölənlərin sayı 288-ə yüksəlib, qəzada 900-dən çox insan yaralanıb.

NOCOMMENT xəbər verir ki, dünən yerli vaxtla saat 19.20-də əyalətin Balasore bölgəsində, Bahanaga Bazar qatar stansiyası yaxınlığında 3 qatarın iştirakı ilə baş verən qəzada 288 nəfər həyatını itirib, 900-dən çox insan yaralanıb. Bunlardan 2-si sərnişin, 1-i yük daşımalarıdır.

Dəmir yolu rəsmisi qəzaya uğrayan sərnişin qatarlarının Coromandel Express və Yashwatpur-Howrah Express şirkətlərinə aid olduğu barədə məlumat paylaşıb.

Rəsmilər yaralılardan 179-nun xəstəxanaya yerləşdirildiyini və qatarda sıxışan 600-dən çox sərnişinin çıxarılması üçün işlərin davam etdiyini bildirib.

Bildirilib ki, Şalimar Dəmir Yolu Stansiyasından yola düşən Coromandel Ekspress sərnişin qatarı Çennai Mərkəzi Dəmiryol Stansiyasına doğru hərəkət edir.

Xilasetmə işlərinə yerli əhalinin də dəstək verdiyi bildirilib. Qəzadan sonra 34 qatarın hərəkəti dayandırılıb.

Hindistan Prezidenti Draupadi Murmu, twitter hesabındakı paylaşımında “bədbəxt hadisə”dən dərin kədərləndiyini bildirib və yaxınlarını itirən ailələrin dərdinə şərik olduğunu bildirib.

Hindistanın baş naziri Narendra Modi isə tvitində qəza ilə bağlı Dəmiryolları naziri ilə görüşdüyünü və qəzadan zərər çəkənlərə hər cür dəstəyin göstərildiyini bildirib.