Qəbələdə avtomobil kanala aşıb: Xəsarət alanlar var – FOTObackend

Qəbələdə avtomobil kanala aşıb: Xəsarət alanlar var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Chevrolet Cruze” markalı minik avtomobili yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.