Qətər və BƏƏ 6 ildən sonra qarşılıqlı olaraq səfirliklərini açdıbackend

Qətər və BƏƏ 6 ildən sonra qarşılıqlı olaraq səfirliklərini açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 6 ildən sonra qarşılıqlı olaraq səfirliklərini yenidən açdıqlarını elan ediblər.

NOCOMMENT.az xəbər verir ki, BƏƏ-nin Dohadakı səfirliyi və Qətərin Əbu-Dabidəki səfirliyi və Dubay konsulluğu bu gün fəaləiyyətə başlayıb.

Qeyd edək ki, Neftlə zəngin iki körfəz ölkəsi arasında diplomatik əlaqələr dörd illik gərginlikdən sonra 2021-ci ilin yanvarında bərpa edilib.

BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-da verilən açıqlamaya görə, nümayəndəliklərin yenidən açılması qərarı, “2021-ci ilin əvvəlində Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Zirvə toplantısı zamanı əldə olunan razılaşma və hər iki dövlətin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə verdiyi önəm əsasında” alınıb.

NOCOMMENT.AZ