Qəzada ölən Əşrəf tələbə imiş – FOTObackend

Qəzada ölən Əşrəf tələbə imiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nəsimi rayonunda “Toyota Prius C” markalı avtomobil mopedlə toqquşub.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində mopeddə olan sərnişin Əşrəf Mirzəyev aldığı müxtəlif dərəcəli xəsarətlərdən sonra xəstəxanada ölüb.
Sosial şəbəkələrdə fotosu yayılan Ə.Mirzəyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi olub.
Məlumata görə, o, bir neçə il əvvəl atasını da itirib.
Yaxınlarının dediyinə görə, Əşrəf ali təhsil müəssisəsini bitirib iyul ayında əsgər gedəcəkdi. O, hərbi xidmətdən sonra işləməyi, ailəsinə dəstək olmağı planlaşdırırdı.

Qəzada ölən Əşrəf tələbə imiş -  FOTO