Qonşumuzda 12 yaşdan yuxarı uşaqlara peyvənd vurulurbackend

Qonşumuzda 12 yaşdan yuxarı uşaqlara peyvənd vurulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda 12 yaşdan yuxarı uşaqlar da peyvənd olunurlar. Artıq 10-a yaxın uşaq “Pfizer” peyvəndini qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, 12 yaşdan yuxarı uşaq və yeniyetmələr üçün “Pfizer” və “Moderna” peyvəndləri nəzərdə tutulub.

Qeyd edək ki, Gürcüstanda bu günədək 1 184 306 nəfər COVİD-19-a qarşı peyvənd olunub.

Onların 13,8 faizi peyvəndin hər iki dozasını qəbul edib.
Axar.az