Qriqoryandan Cermukda azərbaycanlıların tunel çəkməsi barədə AÇIQLAMAbackend

Qriqoryandan Cermukda azərbaycanlıların tunel çəkməsi barədə AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vayots Dzorun (Dərələyəz) qubernatoru Ararat Qriqoryan Azərbaycan tərəfinin Ermənistanın suveren ərazisində, Cermukda (İstisu) tunel və ya yol tikintisi ilə bağlı məlumatı təkzib edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.

“Bizdə belə bir məlumat yoxdur. Azərbaycan tərəfinin tunel və ya yol çəkməsi ilə bağlı yayılan xəbərləri məntiqsiz hesab edirəm”, – deyə o bildirib.

Mühəndislik işlərinə gəlincə, Ararat Qriqoryan bunun mümkün olduğunu söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl Tatoyan Fondunun rəhbəri, Ermənistanın keçmiş Ombudsmanı Arman Tatoyan Cermuk (İstisu) şəhərinin yaxınlığında Azərbaycanın guya qanunsuz tikinti və mühəndislik işləri apardığını bildirmişdi. Tatoyanın sözlərinə görə, bu işlər sentyabr “müdaxilə”sindən sonra başlayıb.