Qurbanlar arasında hərbçilər və iqtisadçılar da varbackend

Qurbanlar arasında hərbçilər və iqtisadçılar da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranlı müxaliflərin oğurlanması işi üzrə 4 nəfər sərbəst buraxılıb.

NOCOMMENT xəbər verir ki, İran rejimi müxaliflərinin Türkiyədən qaçırılması ilə bağlı 4 müttəhimin məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verilib. Həbsdə olan 11 müttəhimin mühakimə olunduğu məhkəmə prosesində zərərçəkmiş qismində İran Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Məhəmməd Rezai və iqtisadçı Şahnam Qolşani iştirak ediblər.

İstanbul 23-cü Ağır Cəza Məhkəməsində keçirilən iclasda 11 məhbus şübhəli, həbssiz şübhəlilər və tərəflərin vəkilləri iştirak edib.

Məhkəmə təqsirləndirilənlər Davut Yılmaz, Erdal Sağlam, Hakan Sağlam, İhsan Sağlam, İsmail Sağlam, Məhərrəm Sağlam və Morteza Soltan Sancarının həbsinin davam etdirilməsinə qərar verib.