Quterreşdən müsəlmanlara DƏSTƏKbackend

Quterreşdən müsəlmanlara DƏSTƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səfirlər Qrupu ilə görüşündə dözümsüzlük, zorakılıq və anti-İslamçılıq hərəkətlərini pisləyib və müsəlman icması ilə həmrəy olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, BMT sözçüsündən verilən yazılı açıqlamada, Quterreşin Nyu Yorkdakı BMT binasında İKT üzvləri ilə görüş keçirdiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, Quterreş BMT-nin İnsan Hüquqları Şurasının “ayrı-seçkiliyə, düşmənçiliyə və zorakılığa gətirib çıxaran din əleyhinə nifrətlə mübarizə” qətnaməsinin icrası üçün səy göstərəcəyini vurğulayıb.

Quterreşin müsəlman icması ilə həmrəy olduğu vurğulanan bəyanatda, “Baş katib gərginliyi artıran, ayrı-seçkilik və radikallaşmaya səbəb olan dözümsüzlük, zorakılıq və İslam əleyhdarı hərəkətləri qınayır” ifadəsi işlədilib.