BMT Rusyanın Dunayı hədəf almasından narahatdırbackend

BMT Rusyanın Dunayı hədəf almasından narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Dunaydakı taxıl anbarlarına və limanlarına hücumundan narahatlığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Baş katib Antonio Quterreşin Rusiya ilə Ukrayna arasındakı qarşıdurma ilə ümumi narahatlığına işarə edərək, “Biz qida obyektlərinə hücum edilməsindən çox narahatıq”, – deyib. 

Quterreşin daha əvvəl qlobal ərzaq qiymətlərinin artması ilə bağlı narahatlığını dilə gətirdiyini xatırladan sözçü müavini, Ukraynanın taxıl və digər ərzaq məhsullarının Avropaya daşınması üçün Qara dənizə alternativ olan Dunay çayını hədəf alan Rusiya pilotsuz təyyarələrinin “qiymətlərlə bağlı narahatlığı aradan qaldırmağa kömək etməyəcəyini”, – dedi.

Baş katibin Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmağı və ya buna bənzər bir anlayışı “çox istədiyini” vurğulayan Haq, sözügedən hücumların bu ehtimalı daha da çətinləşdirəcəyini qeyd etdi.