103-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

103-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 31 250 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 386 ədəd tankı, 3 340 ədəd zirehli döyüş maşını, 690 ədəd artilleriya sistemi, 207 ədəd reaktiv yaylım atəş sistemi, 96 hava hücumundan müdafiə sistemi, 211 ədəd hərbi təyyarəsi, 176 ədəd helikopteri, 2 395 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 551 ədəd dronu, 125 qanadlı raket 53 ədəd xüsusi texnikası məhv edilib.