188-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

188-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 188-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 278 (+2) təyyarəsi, 148 helikopteri, 1 837 (+5) PUA-sı, 370 zenit-raket kompleksi, 4 539-dan (+90) çox tank və digər zirehli texnikası, 822 reaktiv yaylım atəş sistemi, 3 357 (+3) artilleriya və minaatanı, 5 236 (+141) xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.