Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 47 550 (+450) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 954 (+7) tank, 4 294 (+25) zirehli döyüş maşını, 1 079 (+29) artilleriya sistemi, 282 (+3) reaktiv yaylım atəşi sistemi, 151 (+2) hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 204 (+1) helikopter, 847 (+3) PUA, 196 qanadlı raket, 15 gəmi, 3 217 (+46) avtomobil texnikası və avtosistern, 103 (+4) xüsusi texnikadan ibarətdir.












