218-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

218-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 218-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 307 təyyarəsi, 155 helikopteri, 2 107 PUA-sı, 377 zenit-raket kompleksi, 5 147 tank və digər zirehli texnikası, 855 reaktiv yaylım atəş sistemi, 3 439 artilleriya və minaatanı, 5 973 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.