219-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

219-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 59 080 (+500) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 338 (+13) tank, 4 935 (+21) zirehli döyüş maşını, 1 391 (+5) artilleriya sistemi, 333 (+1) reaktiv yaylım atəşi sistemi, 176 (+1) hava hücumundan müdafiə sistemi, 264 (+1) təyyarə, 225 (+1) helikopter, 1003 (+7) PUA, 246 (+2) qanadlı raket, 15 gəmi, 3 768 (+13) avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikadan ibarətdir.