224-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

224-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 61 000 (+200) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 435 (+11) tank, 5 038 (+20) zirehli döyüş maşını, 1 414 (+7) artilleriya sistemi, 341 (+1) reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 232 (+4) helikopter, 1 032 (+4) PUA, 246 qanadlı raket, 15 gəmi, 3 841 (+18) avtomobil texnikası və avtosistern, 132 (+1) xüsusi texnikadan ibarətdir.