Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 61 680 (+350) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 466 (+17) tank, 5 093 (+29) zirehli döyüş maşını, 1 455 (+31) artilleriya sistemi, 344 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 233 (+1) helikopter, 1 047 (+15) PUA, 246 qanadlı raket, 15 gəmi, 3 862 (+8) avtomobil texnikası və avtosistern, 135 (+1) xüsusi texnikadan ibarətdir.












